Yuri Vernidub: "Turan" zəif rəqib deyil" - Video
Futbol, Video
94
09 Mart 2026 - 23:55
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 23-cü turunda "Turan"a məğlub olan "Neftçi"nin ukraynalı baş məşqçisi Yuri Vernidub məğlubiyyəti şərh edib.
"Oyuna baxanda demək olmaz ki, məğlubiyyətə layiq idik. Ən azı heç-heçə olmalıydı, qələbə də qazana bilərdik. Rəqib bir şansı dəyərləndirdi, biz isə yox. Bununla barışmaq və işləmək lazımdır. Oyunda ümumən intensivlik var idi, amma ikinci hissə yaxşı alınmadı. "Turan Tovuz" zəif rəqib deyil, amma bu gün onlardan pis oynamadıq. Buraxdığımız bir qol oyunun taleyini həll etdi".