Məşhur mütəxəssis Mirəli Seyidov vəfat etdi
Supersport.Az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının mətbuat xidməti tanınmış mütəxəssis Mirəli Seyidovun vəfat etdiyi haqda məlumat yayıb.
"Azərbaycan Karate Federasiyası dərin hüznlə bildirir ki, uzun illər ölkəmizdə karate idman növünün inkişafına böyük töhfələr vermiş, karate idman növü üzrə 7-ci dan qara kəmər sahibi, əməkdar idman ustası, əməkdar məşqçi və ictimaiyyətin nümunəvi nümayəndəsi Mirəli Seyidov vəfat etmişdir.
Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilmişdir. Onun zəhməti və insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir.
Azərbaycan Karate Federasiyası mərhumun ailəsinə, yaxınlarına və karate camiəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr və dözüm diləyir. Allah rəhmət eləsin, ruhu şad olsun".