Nərimanın komandası məğlubiyyətlə başladı - Video
Futbol, Video
53
22 Fevral 2026 - 16:24
MLS liqasında 1-ci turun matçları keçirilir.
Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyəcəyi "Kolumbus Kryu" "Portland Timbers"in qonağı olub.
Meydan sahibi komanda qalib gəlib.
Qeyd edək ki, Nəriman Axundzadə "Kolumbus Kryu" ilə müqavilə imzalasa da, hələ ki, ABŞ-a yollana bilməyib.
Millinin üzvü viza alandan sonra bu ölkəyə gedəcək.
"Portland Timbers" – "Kolumbus Kryu" 3:2
Qollar: Mora 14, Antoni 20, Lassister 88 - Abu Ali 6, Rossi 44