"Gəncə" "Sabah"ı finalda məğlub etdi, 25 min qazandı - Foto

"Gəncə" "Sabah"ı finalda məğlub etdi, 25 min qazandı - Foto
Olimpiya, Digər, Basketbol
85
22 Fevral 2026 - 20:51

Supersport.Az-ın məlumatına görə, bu gün Bakı İdman Sarayında basketbol üzrə Azərbaycan Kubokunun (2026) "Gəncə" - "Sabah" final oyunu keçirilib.


Final görüşünə üstün başlayan "Sabah" klubu, oyunun sonlarına doğru bu üstünlüyü əldən verib və "Gəncə" rəqibi üzərində 89:82 hesabı ilə qələbə qazanaraq, klub tarixində ikinci dəfə kubokun sahibi olub.


Azərbaycan Kubokunun (2026) ən dəyərli oyunçusu (MVP) "Gəncə" klubundan Cervis Qarret seçilib.


Gəncə komandası kubokla yanaşı, 25 min manat qazanıb.

Digər xəbərlər