"Qarabağ"dan 74 milyon manat qazanc

"Qarabağ"dan 74 milyon manat qazanc
Futbol
182
09 May 2026 - 23:00

Supersport.Az xəbər verir ki, :Qarabağ" Futbol Klubi 2025-ci il üzrə maliyyə hesabatı açıqlayıb.


Ağdam təmsilçisinin ümumi gəliri 74 milyon 755 min manat təşkil edib.


Klubun əsas gəlir mənbəyi UEFA və AFFA-dan daxilolmalar olub. "Qarabağ" bu istiqamətdən 61 milyon 914 min 800 manat qazanıb.


Digər gəlirlər isə belədir:


Sponsorlardan və reklamdan daxilolmalar - 825 min 600 manat


Bilet satışından gəlirlər - 2 milyon 259 min 700 manat


Sair gəlirlər - 9 milyon 755 min manat

Digər xəbərlər