Kamilo Duran "Seltik"lə 5 illik müqavilə bağladı, məşqə çıxdı - Foto

Kamilo Duran "Seltik"lə 5 illik müqavilə bağladı, məşqə çıxdı - Foto
Futbol, Foto
171
10 İyul 2026 - 13:45

Supersport.Az xəbər verir ki, "Qarabağ" FK Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini və kolumbiyalı hücumçunun istəyini nəzərə alaraq müsbət cavablandırıb.


Klubların danışıqları uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. "Seltik" "Qarabağ"a 5,5 milyon funt-sterlinq (12,4 milyon manat) ödəyəcək.


2025-ci ilin yayından "Qarabağ"ın formasını geyinən cənubi amerikalı futbolçu, komandanın heyətində 45 oyunda 15 qol vurub. O, "Qarabağ"la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.


Kamilo Duran "Seltik"in məşqinə də çıxıb.

Digər xəbərlər