Mbappe dünyada bombardir oldu
Futbol
183
20 İyul 2026 - 12:03
Fransa seçmə komandasının, "Real Madrid"in futbolçusu Kilian Mbappe yeni başa çatan mövsümdə üç yarışda bombardirlər siyahısında birinci olub.
Dünya çempionatlarında ümumilikdə 22 qol vuran Mbappe Messini (21 qol) də geridə qoyub.
Mbappenin üç turnirdə birinciliyi:
🇪🇺 UEFA Çempionlar Liqası - 15 qol
🇪🇸 İspaniya La Liqası - 25 qol
🌎 FIFA Dünya Kuboku - 10 qol
Mbappe mövsümü kuboksuz bitirib.