"Sabah"ın 3-cü mərhələdə potensial rəqibi bilindi
Futbol
125
20 İyul 2026 - 14:47
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Supersport.Az xəbər verir ki, ikinci mərhələnin "Sabah" - KuPS (Finlandiya) cütlüyü "səpələnməmişlər" səbətində yer alıb. Bu cütün qalibi üçüncü mərhələdə səpələnmişlər səbətindəki "Aarhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
"Sabah" - KuPS cütünün qalibi ilk oyunu səfərdə keçirəcək.
ÇL-də üçüncü mərhələnin ilk matçları 4/5 avqust, cavab görüşləri avqustun 11-nə təyin olunub.