"Sabah" 36 milyon manat da qazandı
Futbol, Eksklüziv
102
26 Avqust 2026 - 07:09
Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"i məğlub edən "Sabah"ın qazancı məlum olub.
Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandığı üçün 18 milyon 620 min avro (təxminən 36,9 milyon manat) əldə edəcək. Bu məbləğ əsas mərhələdə iştirak edən hər bir kluba veriləcək.