"Qarabağ" Avstriyaya getdi - Foto

"Qarabağ" Avstriyaya getdi - Foto
Futbol, Foto
667
02 İyul 2025 - 11:44

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" Futbol Klubu Avstriyaya yollanıb. 


Ağdam klubu Zell-Am-Seenin Kaprun bölgəsində 4 sınaq matçı keçirəcək.


İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Xarkov "Metallist"i olacaq. Qarşılaşma yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30-da) başlayacaq.


Dörd gün sonra "Qarabağ" "Tvente" ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlara yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start veriləcək.


İyulun 15-də baş tutacaq toplanışın son matçı "Zalsburq"a qarşı olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq. Qarşılaşmaların dördü də Kaprun bölgəsində keçiriləcək.


Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" iyulun 2-dən 16-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək. 

Digər xəbərlər