"Meydanda sözümüzü deməyə çalışacağıq" - Emin Mahmudov
Futbol
561
05 Sentyabr 2025 - 02:20
Supersport.Az xəbər verir ki, dünya çempionatının seçmə mərhələsində İslandiyayla səfərdə qarşılaşacaq Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov fikirlərini bildirib.
"Bizi ağır oyun gözləyir. Neçə gündür buradayıq, yaxşı hazırlaşmışıq. İnanırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirib, uğurlu nəticə qazana bilərik. Millidə qol rekordunu yeniləmək barədə çox düşünmürəm. Daha çox milliyə necə xeyir verə biləcəyim haqqında fikirləşirəm. Komandada ab-hava, motivasiya çox böyükdür. Millidə oynamaqdan böyük motivasiya ola bilməz. Hamımız eyni düşüncə ilə meydana çıxacağıq. Meydanda sözümüzü deməyə çalışacağıq".