"Çelsi" Bakıdan imtina etdi

"Çelsi" Bakıdan imtina etdi
Futbol
358
03 Noyabr 2025 - 12:07

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.


Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.


Qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək. "Çelsi"nin baş məşqçisi Enso Mareska Londonda sualları cavablandıracaq.


Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Digər xəbərlər