Nihad Məmmədov "Ginnesin Rekordlar Kitabı"na düşməyə uğurlu cəhd etdi - Video
Stolüstü Tennis, Digər, Eksklüziv, Video
443
13 Aprel 2026 - 20:55
Supersport.Az-ın məlumatına görə, Azərbaycan stolüstü tennisçisi Nihad Məmmədovun "Ginnesin Rekordlar Kitabı"na düşmək cəhdi uğurlu alınıb.
Azərbaycan seçmə komandasının üzvü "Şüa İdman Kompleksi"ndə təşkil olunan mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə cəhd göstərib. O, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının rəsmilərinin və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti ilə bu hərəkəti 17 metr məsafədən uğurla həyata keçirib.
Nihad Məmmədovun göstəricisi ASTF tərəfindən müvafiq qurumun baş ofisinə göndərilib. Rəsmi cavab təxminən 4-8 həftədən sonra veriləcək.
Sözügedən rekord (16.70) son olaraq türkiyəli Osman Gürcüyə məxsus idi.