Azərbaycan idmançısı "Ginnesin Rekordlar Kitabı"na düşməyə çalışacaq

Azərbaycan idmançısı "Ginnesin Rekordlar Kitabı"na düşməyə çalışacaq
Stolüstü Tennis, Digər
97
09 Aprel 2026 - 22:19

Supersport.Az-ın məlumatına görə, stolüstü tennisçi Nihad Məmmədov adını “Ginnesin Rekordlar Kitabı”na yazdırmaq niyyətindədir.


Seçmə komandamızın üzvü, aprelin 12-si saat 19:00-da “Şüa İdman Kompleksi”ndə təşkil olunacaq mərasimdə, topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.


Qeyd edək ki, bu rekord hazırda türkiyəli Osman Gürcüyə məxsusdur (16.70). Nihad Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.

Digər xəbərlər