"Qarabağ"ın prezidenti Tahir Gözel "Azərsun Holdinq"in sədri oldu
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" klubunun prezidenti Tahir Gözel "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.
İdarəetmədəki bu strateji dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.
Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” kimi qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.
Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.