Nəriman Axundzadə oynamadı, komandası xallar itirdi - Video

Nəriman Axundzadə oynamadı, komandası xallar itirdi - Video
Futbol
424
13 Aprel 2026 - 07:31

Supersport.Az-ın məlumatına görə, Amerika yüksək liqasında 7-ci turun oyunları keçirilib.


"Kolumbus Kryu" "Orlando Siti"ylə matçda xallar itirib. Meydan sahibləri əvvəlcə hesabda geri düşsə də, sonradan məğlubiyyətdən qaça bilib.


"Orlando"dan xorvat Mario Paşaliç, "Kolumbus"dan uruqvaylı Dieqo Rossi fərqlənib.


"Qarabağ"ın keçmiş, millinin futbolçusu Nəriman Axundzadə ehtiyatda saxlanılıb.


Amerika liqasında 7 turdan "Neşvill" 16 xalla liderdir. "Çikaqo Fayr" 13 xalla ikinci, "İnter Mayami" üçüncü yerdədir. 


"Kolumbus Kryu" 6 xalla 15 klub sırasında 11-cidir.


Columbus Crew - Orlando City 1:1

Qollar: Dieqo Rossi 80 - Mario Paşaliç 14

Digər xəbərlər