Nəriman komandasına fayda verdi
Futbol
35
16 Aprel 2026 - 12:00
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin çıxış etdiyi "Kolumbus Kryu" ABŞ Açıq Kubokunda növbəti oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Nərimanın komandası 1/16 finalda səfərdə "Riçmond Kikkeers"lə qarşılaşıb.
"Kolumbus Kryu" 3:0 hesablı qələbə qazanıb. Nəriman ABŞ klubunda ilk dəfə oyuna start heyətdə başlayıb, sona qədər meydanda olub və ilk qolun vurulmasında iştirak edib. Nəriman Axundzadə və Marselo Erreranın qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.