"Barselona", "Liverpul" kənarlaşdırıldı
Futbol
68
15 Aprel 2026 - 01:45
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları keçirilib.
Supersport.Az xəbər verir ki, "Atletiko" "Barselona"nı qəbul edib. İlk matçda 2:0 hesabı ilə qalib gələn "Atletiko" cavab qarşılaşmasında 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq yarımfinala keçib.
"Liverpul" isə PSJ ilə qarşılaşıb. Hər iki matçda da qələbə qazanan Fransa klubu yarımfinala vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
14 aprel
23:00 "Atletiko" – "Barselona" 1:2 (İlk oyun 2:0)
Qollar: A.Lukman, 31, - L.Yamal, 4, F.Torres, 24
Qırmızı vərəqə: E.Qarsiya, 79 ("Barselona")
23:00 "Liverpul" – PSJ 0:2 (İlk oyun 0:2)
Qol: O.Dembele, 72, 90+1