"Qarabağ"ın rəqibi "Ayaks" baş məşqçini qovdu

"Qarabağ"ın rəqibi "Ayaks" baş məşqçini qovdu
Futbol
383
06 Noyabr 2025 - 20:19

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Qarabağ"ın rəqibi "Ayaks" baş məşqçi Con Alan Heytinqanı istefaya göndərib. Buna səbəb Niderland klubunun 4 turun hamısında məğlub olmasıdır. "Ayaks" Çempionlar Liqasında xalsız olaraq son - 36-cı yerdədir. 

41 yaşlı Heytinqayla bu ilin iyulunda 2 illik müqavilə bağlayan klub, kontraktı ləğv edib.


"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da Bakının Respublika stadionunda keçiriləcək.

Digər xəbərlər