Qurban Qurbanov: "Ayaks"ın xalı olmasa da, zəif deyil" - Video
Futbol, Eksklüziv, Video
377
30 Noyabr 2025 - 22:41
Supersport.Az Çempionlar Liqasının 6-cı turunda Bakıda "Ayaks"ı qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan fikirini soruşub. "Qarabağ"ın 7 xalı olduğu halda, "Ayaks"ın xalsız olmasını komandanızı üstünlüyü hesab etmək olar?" sualına cavabında mütəxəssis, rəqibin zəif olmadığını deyib. Q.Qurbanov hətta "Benfika"ya da məğlub olan "Ayaks"ın daha çox qol imkanları olduğunu bildirib. "Qarabağ"ın baş məşqçisi "Ayaks"la matçda diqqətli, ehtiyatlı və ciddi olmağın vacibliyini qeyd edib.