"Qarabağ" - "Ayaks" matçının hakimləri
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Qarabağ"ın "Ayaks"a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Sloveniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Qarşılaşmanı Rade Obrenoviç idarə edəcək. Radenin 35 yaşı var və 8 ildir FİFA referisidir.
Yure Praprotnik və Qreqa Kordej baş hakimin köməkçiləri olacaqlar. Mateo Tozan dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Matey Yuq və Alen Boroşak olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VI tur
10 dekabr
21:45. “Qarabağ” – “Ayaks”
Baş hakim: Rade Obrenoviç
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
(Hakimlər briqadası Sloveniyadandır)
Tofiq Bəhramov adına Respublika stadionu