"Qarabağ" ölkəmizi birinci yerə yüksəltdi
Futbol, Eksklüziv
88
21 Avqust 2026 - 05:33
Supersport.Az-ın məlumatına görə, 2026/27 mövsümü UEFA-nın assosiasiyalar reytinqində ölkəmiz yenidən liderdir. Azərbaycan bu sezon 54 ölkə sırasında 13.500 xalla birincidir. Latviya da eyni xalla ikincidir.
"Qarabağ" Konfrans Liqasında növbəti qələbəylə (0.250 xalla) Azərbaycana fayda verib. Ölkəmiz bu mövsüm xallarını 13.500-ə çatdıraraq, yenə zirvəyə qalxıb. Azərbaycanın Avropa yarışlarında iki klubu, Latviyanın bir komandası qalıb.
Çempionlar Liqasında pley-offun ilk matçında "Sabah" məğlub olub.
"Neftçi" və "Zirə" çoxdan Konfrans Liqasında mübarizəni dayandırıb.