Tərlan Həsənov: "Hidayətlə Zelim "ulduz xəstəliyi"nə tutulmayıb" - Video
Olimpiya, Digər, Eksklüziv, Cüdo, Video
96
08 Dekabr 2025 - 21:25
Supersport.Az-a eksklüziv açıqlamasında məşhur cüdo mütəxəssisi, olimpiya çempionu Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov bir müddət əvvəl tanınmış idmançıların dünya çempionatıbda zəif çıxışını şərh edib.
"Şöhrət" ordenli 83 yaşlı məşqçi hesab edir ki, pik formanı daim saxlamaq mümkün deyil, məşhur idmançılar da yorulurlar.
Olimpiya, dünya, Avropa çempionlarından Hidayət Heydərov Macarıstanda dünya çempionatında medalsız qalıb, Zelim Kotsoyevsə bürünc mükafatla kifayətlənib.
T.Həsənov bildirib ki, Hidayətlə Zelim ciddi nəzarətdədir, "ulduz xəstəliyi"nə tutulmayıb. Mütəxəssis Heydərovun İslamiadianın qalibi olduğunu, Kotsoyevin gümüş qazandığını xatırladıb.