Pep Qvardiola: "Fələstində günahsız insanlar öldürülür, susmayacağam"
Supersport.Az xəbər verir ki, İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola Fələstini işğal edən İsrailə yenə kəskin etiraz edib.
İspan mütəxəssis, Pep Qvardiola dünyada bəzilərinin ondan susmağı tələb etdiyini, lakin hər zaman bu haqda danışacağını bildirib.
"Fələstindəki soyqırım məni incidir, canımı yandırır. Ataların, anaların və uşaqların həyatı məhv edilib.
Fələstində günahsız insanlar öldürülür və mən bunu qınayıram.
Təsirlənməmək mümkün deyil. Mən həmişə səsimi çıxaracağam, zülmə, dünyanın harasında olursa, günahsız insanların öldürülməsinə qarşı çıxacam.
Siz iqtisadiyyat jurnalisti deyil, jurnalistsiniz. İqtisadiyyat haqqında danışmayacaqsınız? Dünya susur. "Sus, heç nə demə, danışma" deyirlər. Onlar bunu istəyirlər".