TFF prezidenti İbrahim Hacıosmanoğlu: "Pulu məzara aparmayacağıq"
Futbol, Eksklüziv
140
08 Aprel 2026 - 14:07
Supersport.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu milli komandaya veriləcək pul mükafatı, villalarla bağlı tənqidlərə maraqlı cavab verib.
TFF rəhbəri, bildirib ki, pulu məzara aparmayacaqlar:
"Uca Allah federasiya prezidentliyini nəsib etdi.
Para nə günlər üçün lazım? Bu gün gərəkdir. Cocuqları motivasiya edə bildiysək, xoş bizə. Para bu gün üçün lazımdır. Pulu məzara aparmayacağıq. Kimsə narahat olmasın, federasiya öz parasıyla, qazancından mükafat verəcək. İnsanlar səhv tapmağa çalışırlar, mən fikir vermirəm, siz də belə edin.
"Dünya şampiyonu olun" dedim, bundan sonra bəlkə xəyal etməyəcəkləri şeylərlə qarşılaşacaqlar.
Cənabı Allah nəsib etsin".