"Qarabağ" "Nyukasl"ı da geridə qoyub
Futbol, Eksklüziv
156
10 Fevral 2026 - 10:29
Supersport.Az-ın məlumatına görə, UEFA-nın klub reytinqi yenilənib.
Çempionlar Liqasında "Liverpul"a məğlub olan "Qarabağ" siyahıda 4 pillə geriləsə də, çox sayda komandalardan irəlidədir. Ağdam klubu 416 klub sırasında 60-cıdır.
"Qarabağ" 42 min 750 xalla "Sevilya" (62-ci yer, 39.000), "Atletik Bilbao" (63-cü pillə, 38.750), həmçinin pley-off mərhələsində rəqibi "Nyukasl" (76-cı yer, 27.250 xal), "Ştuttqart" (77-ci yer, 26.500 xal) və başqa tanınmış klubları geridə qoyub.
"Fenerbahçe" 57.750 xalla 40-cı, "Qalatasaray" 50.000 xalla 49-cu pillədə qərarlaşıb.
"Real Madrid" 137 min 500 xalla birincidir. "Bayern" (135.500) ikinci, "İnter" (127.000) üçüncü yerdədir.