"Turan" "Şaxtyor"un yetirməsini gətirdi
Futbol
118
10 Fevral 2026 - 21:01
Supersport.Az xəbər verir ki, "Turan" Moskva "Lokomotiv"inə məxsus olan müdafiəçi Mark Rene Mampassini gətirib. Futbolçu icarə əsasında mövsümün sonunadək yeni komandasının şərəfini qoruyacaq.
Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib. Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub. Karyerası ərzində ümumilikdə 87 oyun keçirən mərkəz müdafiəçisinin aktivində 1 qol və 3 məhsuldar ötürmə var.