"Qəbələ" "Neftçi"ylə oyunda məğlubiyyətə layiq deyildi"

"Qəbələ" "Neftçi"ylə oyunda məğlubiyyətə layiq deyildi"
Futbol
114
10 Fevral 2026 - 22:29

Supersport.Az xəbər verir ki, "Qəbələ"nin məşqçisi Giorgi Çixradze "Neftçi" ilə oyunu şərh edib.

"Maraqlı, dinamik oyun oldu. İlk 15 dəqiqədə sürətdə rəqibdən geri qaldıq. Bilirdik ki, “Neftçi” oyunun əvvəlinə aqressiv başlayır. Buna baxmayaraq, konsentrasiyanı bir qədər itirmişdik. Qoldan sonra və ikinci hissədə fərqlənmək üçün imkanlarımız oldu. 100 faizlik qol şansımız var idi. Bilmirəm, həmin epizodda necə qol vurmamaq olar? Amma futboldur, olur belə şeylər. Düşünürəm ki, məğlubiyyətə layiq deyildik".



Digər xəbərlər