"Qarabağ"lı Nəriman Axundzadə xarici kluba keçdi: 3 il 4 aylıq müqavilə imzalanacaq
Futbol
114
10 Fevral 2026 - 23:00
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"lı Nəriman Axundzadənin ABŞ təmsilçisi "Kolumbus Kru"ya keçidiylə bağlı hər iki klub arasında razılıq əldə olunub. Nəriman Axundzadənin MLS klubuyla müqavilə müddəti 2029-cu ilin iyununa kimi nəzərdə tutulub.
"Qarabağ"ın yetişdirdiyi Nəriman, Premyer Liqada 84 matçda 24 qol vurub. O, Ağdam komandasının heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Azərbaycanın U-19 ve U-21 yığmalarında oynayan Nəriman, milli komandada 13 matç keçirib.