"Nəriman komandamıza yeni nəfəs gətirəcək" - İssa Tall
Futbol
83
11 Fevral 2026 - 03:10
Supersport.Az xəbər verir kuəi, "Columbus Crew" klubunun baş meneceri Issa Tall "Qarabağ"dan gələcək futbolçu Nəriman Axundzadə haqda müsbət fikirlər bildirib.
"Nəriman komandamıza yeni nəfəs gətirəcək. Onun texnikası və meydanda göstərdiyi yüksək enerji bizim oyun fəlsəfəmizə tam uyğundur. O, fərqli xüsusiyyətləri ilə kollektivə əlavə dəyər qatacaq.
Gənc yaşına baxmayaraq, Nəriman artıq ölkə daxilində, Avropa səviyyəsində və milli komandasında mühüm təcrübə qazanıb. Ona "Columbus"a xoş gəlmisiniz" deməklə həyəcanlıyıq və onun klubumuzda inkişafını görməyi səbirsizliklə gözləyirik".