Yuri Vernidub: "Oyun yaddan çıxır, nəticə yadda qalır"
Futbol
158
10 Fevral 2026 - 23:11
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ"ni məğlub edən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub qələbəni şərh edib.
"İlk hissədə çox yaxşı oyun göstərdik, bir qol vurduq, hətta birini də vura bilərdik. "Qəbələ"nin isə belə bir fürsəti olmadı. İkinci hissədəki oyunumuza gəlincə, bu stadionda uzun müddətdir qələbə qazanmırdıq deyə, bəlkə, bu amilin də psixoloji təsiri oldu. Üstəlik, hesabda öndə olmağımız da buna səbəb ola bilər. Təbii ki, daha yaxşı oyun gözləyirdik. Futbolçulara demişdim ki, yolumuza bu cür davam etməyimiz üçün bu gün bizə qələbə lazımdır. Onlar da bunu bacardılar. Futbolçulara təşəkkür edirəm. Oyun yaddan çıxır, amma nəticə həmişə yadda qalır".