"Qarabağ"lı Nəriman Axundzadə ən bahalı transfer oldu: 5 milyon manat - Foto
Futbol, Eksklüziv
161
11 Fevral 2026 - 09:11
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"dan ABŞ təmsilçisi "Kolumbus Kru"ya keçən Nəriman Axundzadə Azərbaycan futbol tarixinin ən bahalı transferi olub. Ağdam klubu futbolçunun keçidindən 2 milyon 500 min avro (5 milyon 60 min manat) qazanacaq.
MLS klubu Nərimanla müqavilə müddətini 2029-cu ilin iyununa kimi nəzərdə tutub.
"Qarabağ"ın yetişdirdiyi Nəriman Axundzadə, Azərbaycan Premyer Liqasında 84 matçda 24 qol vurub. O, Ağdam komandasının heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Azərbaycanın U-19 ve U-21 yığmalarında oynayan Nəriman, milli komandada 13 matç keçirib.