"Qarabağ" dünyada yüksəldi, "Zirə", "Araz" endi   

"Qarabağ" dünyada yüksəldi, "Zirə", "Araz" endi   
Futbol
128
11 Fevral 2026 - 15:45

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) fevral ayı üçün yeni klub reytinqini açıqlayıb.


Supersport.Az xəbər verir ki, dünyanın 502 klubunun siyahısına Azərbaycan Premyer Liqasının dörd təmsilçisi - "Qarabağ", "Sabah", "Zirə", "Araz-Naxçıvan" da daxil edilib.


“Qarabağ” 200 xalla 69-cu yerdən 60-cı yerə yüksəlib. Ağdam klubu "Mançester Yunayted", (63), "Fiorentina" (70), "Ayntraxt" (74) və başqa klublardan irəlidədir. 


“Sabah” 224-cü yerdən 211-ci pilləyə qalxıb.

 

"Zirə"nin mövqeyi isə daha da pisləşərək 389-cu yerdən 418-ci yerə enib. 


"Araz-Naxçıvan" da reytinqdə geriləyərək 456-cı yerdən 468-ci yerə qədər geriləyib. 


PSJ (595) reytinqdə birincidir.


İngiltərənin "Çelsi" (496) və Almaniyanın "Bayern" (457) klubları isə növbəti iki pilləni tutur. "Real Madrid" 451 xalla 4-cü pilləyə düşüb.

Digər xəbərlər