Azərbaycan yığması "ölülər qrupu"nda
Futbol
111
12 Fevral 2026 - 23:54
Azərbaycan millisinin UEFA Millətlər Liqasının yeni mövsümündəki rəqibləri müəyyənləşib.
Supersport.Az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, yığmamız D Liqasının 2-ci qrupunda yer alıb. Komandamız bu mərhələdə Litva və Lixtenşteyn seçmələri ilə mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə cari ilin sentyabrın 24-də start veriləcək.