"Millinin aşağı liqadan "yuxarı"ya qayıdacağına inanıram" - Ayxan Abbasov

"Millinin aşağı liqadan "yuxarı"ya qayıdacağına  inanıram" - Ayxan Abbasov
Futbol
96
12 Fevral 2026 - 23:09

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkü haqda danışıb. 


Supersport.Az xəbər verir ki, o, aşağı liqadan xilas olacaqlarına ümid etdiyini bildirib.


"Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram".


Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.

Digər xəbərlər