"Neftçi" Verniduba bu məşqçini köməkçi gətirmək istəyir
Futbol, Eksklüziv
190
19 Aprel 2026 - 20:42
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" ukraynalı baş məşqçi Yuri Verniduba köməkçi gətirməyi planlaşdırıb.
Paytaxt klubunun siyahısında "Sabah"ın əvəzedici və U-19 komandasının məşqçisi Saşa Yunisoğlunun da olduğu bildirilir.
AFFA-nın isə Saşanı Azərbaycanın U-19 millisinə baş məşqçi təyin etməyə çalışır.
40 yaşlı S.Yunisoğlu futbolçu kimi vaxtilə Azərbaycan milli komandasında, "Denizlispor", "Neftçi", "Bakı", "Qəbələ", "Rəvan", "Səbail" və başqa klublarda forma geyinib.