AFFA "Neftçi"ni yüksək məbləğdə cərimələdi
Supersport.Az xəbər verir ki, AFFA İntizam Komitəsi "Neftçi"ni növbəti dəfə böyük məbləğdə - 26 min 200 manat cərimələyib.
17 aprel 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.
Qərara əsasən, “Zirə” – “Neftçi” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” komandasının baş məşqçisi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq, klub 5000 manat cərimə ödəyəcək.
“Zirə” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının məşqçisi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunu buraxacaq, “Neftçi” komandası 5000 manat cərimələnib.
“Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının 33 nömrəli futbolçusu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq, “Neftçi” komandası 3000 manat cərimə olunub.
Matçda "Neftçi" komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə klub 8000 manat cərimə edilib.
“Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə paytaxt təmsilçisi 4500 manat cərimələnib.