Hidayət Heydərov məğlub olduğu Laşanın əlini yuxarı qaldırdı - Foto-Video

Hidayət Heydərov məğlub olduğu Laşanın əlini yuxarı qaldırdı - Foto-Video
Olimpiya, Digər, Cüdo, Video, Foto
150
17 Aprel 2026 - 18:55

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tiflisdə keçirilən böyüklər arasında Avropa çempionatında gümüş medalla kifayətlənib. 



Supersport.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb.


İkiqat dünya çempionu, dördqat Avropa, olimpiya çempionu rəqibinə məğlub olan olimpiya çempionu Hidayət ikinci yeri tutub. Heydərov uduzduğu Laşanın əlini yuxarı qaldırıb.


Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) və Turan Bayramov (66 kiloqram) bürünc medala sahib çıxıblar.

Digər xəbərlər