AFFA-nın millinin baş məşqçisini yola salmaq planı, namizədi

AFFA-nın millinin baş məşqçisini yola salmaq planı, namizədi
Futbol, Eksklüziv
146
18 Aprel 2026 - 12:07

Supersport.Az-ın əldə etdiyi məlumata görə, AFFA U-19 milli komandanın məşqçilər heyətində dəyişiklik edə bilər. Buna səbəb yığmanın beynəlxalq yarışlarda uğursuz iştirakıdır.


AFFA-nın millidə baş məşqçi İlham Yadullayevi yola salacağı, Saşa Yunisoğlunu gətirəcəyi bildirilir.


40 yaşlı Saşa, hazırda "Sabah"ın əvəzedici, U-19 komandasında məşqçidir, Bakı klubunun U-19 kollektiviylə ikiqat çempion olub. 


S.Yunisoğlu futbolçu kimi vaxtilə Azərbaycan milli komandasında, "Denizlispor", "Neftçi", "Bakı", "Qəbələ", "Rəvan", "Səbail" və başqa klublarda çıxış edib. 

Digər xəbərlər