Video: "Sabah"ın məşqçisi Valerio Zuddas "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynova ədəbsizlik etdi

Video: "Sabah"ın məşqçisi Valerio Zuddas "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynova ədəbsizlik etdi
Futbol, Eksklüziv, Video
85
05 Mart 2026 - 15:49

Supersport.Az Azərbaycan Premyer Liqasının 22-ci turunun "Qarabağ" - "Sabah" oyunundakı  insidenti videogörüntüyə alıb.


Ağdam klubu hesabı 3:3 etdikdən sonra qonaqlar hakimlərdən əllə oyuna görə VAR-a baxılmasını istəyiblər. Bu zaman "Sabah"ın məşqçisi Valerio Zuddas "Qarabağ"ın texniki heyətinə, məşqçi Müşfiq Hüseynova qarşı nalayiq hərəkət edib.


Bu hərəkət "Qarabağ" tərəfini qəzəbləndirib və nəticədə mübahisə düşüb. Polis və mühafizə xidmətinin əməkdaşları tərəfləri çətinliklə sakitləşdirib.


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"dakı həmkarı Valdas Damburaskasa günahkarı göstərib və irad bildirib. Dambrauskas Qurbanovun üzr istəmək tələbini yerinə yetirib.

Digər xəbərlər