"Əminəm ki, Bakıda da azarkeşlərimizi sevindirəcəyik" - Qurban Qurbanov
Futbol
58
21 Avqust 2026 - 01:16
UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk matçında "Tvente"ni məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında qələbəni şərh edib.
"İlk növbədə futbolçularımı təbrik edirəm. Onlar çox yaxşı və ağıllı mübarizə apardılar, çox güc sərf etdilər. Biz artıq üçüncü dəfədir ki, burada oynayırıq və hər dəfə buradakı atmosferdən, azarkeşlərdən və oyundan daha çox zövq alırıq. Buna görə rəqibin azarkeşlərinə də minnətdaram.
Həmçinin bir saniyə belə dəstəyi dayandırmayan öz azarkeşlərimizə təşəkkür edirəm. Biz qalib gəldik, amma bu, qarşılaşmamızın yalnız ilk hissəsidir. İkinci hissə Bakıda olacaq. Orada daha diqqətli və intizamlı oynamalıyıq ki, iki oyunun nəticəsinə görə qalib gələk. Əminəm ki, Bakıda da maraqlı oyun olacaq və azarkeşlərimizi sevindirə biləcəyik".