AFFA-nın hakimi Əliyar Ağayev "Turan"ı "Zirə"yə uduzdurdu - Video

AFFA-nın hakimi Əliyar Ağayev "Turan"ı "Zirə"yə uduzdurdu - Video
Futbol, Eksklüziv, Video
177
04 Aprel 2026 - 23:11

SOCAR, AFFA prezidenti Rövşən Nəcəfin futbol qurumunda fəaliyyətindən iki il keçdi. Bu sahədə problemlər həll olunmur, əksinə artır. Hakimlərin də biabırçı səhvləri bəzi klubları pis günə salıb.


Azərbaycan Kubokunun "Turan" - "Zirə" yarımfinal matçında AFFA prezidenti Rovşən Nəcəfin hakimi Əliyar Ağayev Tovuz klubunu uduzdurdu. FİFA referisi Əliyar kobud - nəticəyə təsir edən səhvlər səbəbindən sərt tənqid olundu. 


Məsələ budur ki, birinci hissədə cərimə meydançasında hava mübarizəsinə qalxan "Zirə"li Ruan Renato qolunun dirsəyə yaxın hissəsiylə "Turan"ın oyunçusunun üzünə dəydi. Penalti və sarı vərəqə gözlənildiyi halda, Əliyar Ağayev VAR-a gedib, epizoda baxıb və davam işarəsi verdi. Bu məqama kimi Ruanın passivində sarı vərəqə var idi. 


"Zirə"in futbolçusu Qismət Alıyev cərimə meydançasının düz xətti üzərində "Turan"ıb oyunçusu Roderik Millerin ayağını tapdaladı. Əliyar Ağayev aşkar penaltini vermədi.



"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev açıqlamasında həm referini sərt tənqid etdi, AFFA rəhbərliyinə mesaj göndərdi.


“Oyunu çox təəssüf hissi ilə qarşılayırıq. Xüsusən də, Əliyar Ağayevin təyinatı zamanı başımıza belə bir hadisənin gələcəyini ehtimal edirdik.


 İl boyu çəkdiyimiz əziyyət bir gündə yerə vurulur. Bunlar dəyişməlidir. Xüsusən də, Əliyar Ağayevin "Turan Tovuz"un oyunlarına təyinatı zamanı belə halları gözləyirdik. Çempionatdakı oyundan sonra da "səhv etmişəm, insanıq" mesajı bizə göndərildi. Haqqımız, uşaqların alın təri Əliyar Ağayevin haramı olsun. "Zirə"nin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolumuzda bu şeylər dəyişdirilməlidir. Biriləri bəzi şeyləri dilə gətirməlidir. Biz dilə gətirmədikcə, səssiz qaldıqca, "Əliyargillər" belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkməyin də, oyunçu transfer etməyin də anlamı yoxdur, "Əliyargillər"dən canımız, futbolumuzun "can"ı qurtarmalıdır. Oyundakı epizodları hamınız gördünüz. Futbol ictimaiyyətinin görməsini, həmçinin "Turan Tovuz" azarkeşlərinin səssiz qalmamasını istəyirəm. Artıq bu qədər olmaz. Bir mövsümlük əziyyətimiz boşuna gedir. İki toplanış etmişik, çoxlu investisiya etmişik. Amma Əliyar Ağayev kimilər bizə oynamaq imkanı vermir.


Bilmirən kimlərin sifarişini yerinə yetirir. Əliyar Ağayevin oyunlarına baxın, görəcəksiniz. Hamı bilir. Bunlardan canımızı qutarmalıdır. Bu qədər insanların haqqını yemək, hüququna toxunmaq olmaz. Evlərinə çörəyi necə aparırlar? Onlar bunu gözdən keçirsinlər. Hərə evinə apardığı çörəyi halallıqla aparmalıdır. Bütün haqqımız da haram olsun".


"Sabah"ın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlovun Hakimlər Komitəsi sədri vəzifəsinə Rəhim Həsənovu gətirərək diktatorluq etdiyi bildirilir.


"Zirə"nin rəhbəri Orxan Məmmədovun AFFA prezidenti Rövşən Nəcəflə, Əliyar Ağayevin Rəşad Sadıqovun dostluq münasibətləri olduğu, bunun paytaxt komandasının bu mövsüm uğur qazanmasında rolu olacağı iddia olunur.

Digər xəbərlər