"Zirə" hakimə ziyan vurdu

"Zirə" hakimə ziyan vurdu
Futbol
155
21 Aprel 2026 - 20:41

Supersport.Az xəbər verir ki, AFFA İntizam Komitəsi "Zirə" klubunu cərimə edib.


Qərarda bildirilir ki, 17 aprel 2026-cı il tarixində Azərbaycan Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda Zirə komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);


“Zirə” – “Neftçi” oyununun 90+6-cı dəqiqəsində Zirə komandasının məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zirə” komandası 2000 manat cərimə edilsin (maddə 47.2);


“Zirə” – “Neftçi” oyunu bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” komandası 3000 manat cərimə edilsin. Dəymiş zərər “Zirə” komandası tərəfindən qarşılansın (maddə 86.3);

Digər xəbərlər