"Turan"ın haqqını yedilər, qələbə qazana bilmədik"  

"Turan"ın haqqını yedilər, qələbə qazana bilmədik"  
Futbol
155
21 Aprel 2026 - 21:31

Supersport.Az xəbər verir ki, "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunda yarımfinalın cavab görüşündə "Zirə" ilə matçdan (0:0) sonra fikirlərini bildirib:


"Hər komanda kubokda finala çıxmaq istəyir, biz də bunu çox arzulayırdıq. Hesab edirəm ki, oyunda güclü tərəf biz və finala layiq komanda idik. Əfsuslar olsun ki, ötən matçda haqqımızı yedilər, o səhvlərə görə bu gün qələbə qazana bilmədik. Hətta qol vurduq, saymadılar. Bizim xeyrimizə epizod olanda dərhal VAR-a gedirlər, amma rəqibdə olanda bunu görmürəm. Əliyar Ağayev Premyer Liqada rəqibə verdiyi qırmızını ləğv etmişdi, o qədər futbolçunun haqqını yedi. "Zirə"yə uğurlar arzulayıram".


Digər xəbərlər