Murat Yakın: "İsveçrə Argentinanı məğlub edə bilər"
Supersport.Az xəbər verir ki, dünya çempionatında yoluna davam edən İsveçrə yığmasının beş ildir baş məşqçisi olan Murat Yakın dünya çempionu Argentinanı məğlub etmək istədiklərini bildirib.
"Futbol meydanda oynanılır, masada yox. İsveçrə Argentinanı məğlub etmək istəyir. Bütün gücümüzü sərf edib qalib gəlməyə çalışacağıq.
Biz tarix yazmışıq. Oyunçularımız böyük uğurlar qazana bilər.
Argentinadan qorxmuruq. Bu, bizim üçün unikal bir fürsətdir. Argentinanın Misirlə oyunda zəif cəhətləri aydın göründü.
Çox maraqlı bir matç olacaq. Taktiki olaraq da, mövcud çempionlarla rəqabət aparmağa çalışacağıq. Və bu, inanılmaz olacaq".
İsveçrəni 72 ildən sonra ilk dəfə dörddəbir finala çıxaran 51 yaşlı mütəxəssis Murat Yakın sözlərini belə tamamlayıb:
"72 ildən sonra İsveçrəni bu mərhələdə təmsil etmək, dünya çempionlarına qarşı oynamaq məni qürurlandırır. Amma dediyim kimi, biz bura sadəcə burada olmaq üçün gəlməmişik, növbəti mərhələyə yüksəlmək istəyirik.
Meydana çıxıb kollektiv oynamalıyıq. Rəqibin ötürmə zonalarını bağlamaq üçün əlimizdən gələni edəcəyik. Hazırkı dünya çempionlarına qarşı oynayacağıq, ona görə də meydanda lazım olanı etməliyik. Daha ağıllı olmalıyıq, kompakt oynamalıyıq, boş zonaları daraltmalıyıq.
Əlbəttə ki, üslubumuzla oynayacağıq.
Topa sahib olduqda çox aktiv olacağıq, öz oyunumuzu oynamağa çalışacağıq və topu rəqibə verməməyə çalışacağıq".
İsveçrə - Argentina matçı sabah 05:00-da başlanacaq.