"Neftçi"nin baş icraçı direktoru Cenk Sümerdən iddialı açıqlama
Supersport.Az xəbər verir ki, "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlamasında klubun məqsədlərindən danışıb.
Türkiyəli funksioner yeni mövsüm komandasının qarşısına
"Neftçi" çempionluq hədəfi qoyulduğunu bildirib.
"Qarşımıza çempionluq məqsədi qoymuşuq. Klub dəyişiklikdən keçir. Təzə komanda qurmaq bir mövsümdə alınmır. Heyətə yeni oyunçular cəlb olunub. Axtarışlar davam edir. "Neftçi"nin 90-cı ilində çempion olmaq istəyirik. Avrokubokda da iddialıyıq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Buna inanırıq
Klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Biz təlim-məşq toplanışını başa vurmuşuq. Futbolçular çox sayda məşqlər ediblər. Yeni transferlərimiz də var. Yoxlama oyunlarında meydana çıxdılar. Baş məşqçimiz və futbolçular hər şeydən razıdırlar".
Baş icraçı direktor avrokubokda Liqa mərhələsinə vəsiqə qazanmaq istədiklərini diqqətə çatdırıb.
"Liqa mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Amma asan deyil. Bütün komandaların məqsədləri var. Avrokuboklarda yaxşı nəticələrə nail olacağımıza inanıram".
Qeyd edək ki, "Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi ilk matçını iyulun 22-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 30-da olacaq.