"Qarabağ"la oyun üçün SSKA-ya azarkeş qadağası - Fotolar
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq SSKA Sofiya klubunu cəzalandırıb.
Məsələ burasındadır ki, birinci raundda İrlandiyada "Derri Siti"ylə cavab matçında Bolqarıstan komandasının azarkeşləri dava salıblar, rəqibin fanatlarına, təhlükəsizlik işçilərinə qarşı xuliqanlıq ediblər, tərəfdarlar meydana axışıblar. Buna görə ikinci hissədə oyun 15 dəqiqə dayandırılıb.
Bolqarıstan klubu irqi ayrı-seçkiliyi, nalayiq, xuliqanlıq davranışlarını qəti pislədiyini bəyan edib.
UEFA qalmaqalla bağlı araşdırmaya başlayıb SSKA-nın "Qarabağ"la Bakıdakı matçına azarkeş qadağası qoyub.
"Qarabağ" - SSKA oyununa iyulun 23-də 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start veriləcək.