Qurban Qurbanov: "Qələbə üçün çox detallar çatışmadı"
Supersport.Az-ın məlumatına görə, Azərvaycan Premyer Liqasının 9-cu turunda "Sabah"la oyunda,heç-heçəyə razılaşan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçı şərh edib.
"Maraqlı, sürətli, mübarizəli, dinamik oyun alındı.
Son dəqiqələrə kimi temp yüksək səviyyədə oldu. Qarşımızda çox yaxşı, formalaşmış, Çempionlar Liqasında oynadıqdan sonra daha sərbəst oynayan rəqib var idi. Buna baxmayaraq, futbolçularımız çəkinmədi. Texniki səhvlərimiz çox olsa da, oyunçular mübarizədən qopmadı. Son nöqtəyə kimi oynamağa çalışdılar. Hər bir futbolçu üçün gələcəyi düşünüləsi oyun oldu. Daha yaxşı formada olmalıyıq, idman formamızı daha da yaxşılaşdırmalıyıq.
Qələbə üçün çox detallar çatışmadı. Rəqib aktiv, aqressiv idi, müdafiədə səhvsiz, hücum kəsərli, sürətli oynamağa çalışdı.
Çoxdan idi ki, bu stadionda oynamırdıq. Çox gözəl təmir olunub, çox yaxşı atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".