Dünya çempionatında ölkəmizdən iki qızıl medal - Fotolar

Dünya çempionatında ölkəmizdən iki qızıl medal - Fotolar
Olimpiya, Digər, Güləş
87
25 Oktyabr 2026 - 21:15

Supersport.Az-ın məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatında Azərbaycan bu gün iki  qızıl medal qazanıb. 


Əvvəlcə Azərbaycan pəhləvanı Eldəniz Əzizli (55 kq) yunan-roma güləşi yarışının finalında iranlı Payam Balutakiyə 3:1 hesabıyla qalib gəlib. 


Eldəniz bununla 5️⃣ qat dünya çempionu olub.


Sənan Süleymanov (77 kq) üç illik fasilədən sonra dünya çempionatında uğurlu dönüşə imza atıb. O, 3-cü dəfə mundialın finalına adlayıb. .


Sənan Süleymanov moldovalı Aleksandrin Qutuya 8:3 hesabıyla məğlub edərək dünya çempionu titulunu qazanıb.

Digər xəbərlər