FİFA prezidenti Canni İnfantinodan "Sabah" – "Qarabağ" matçıyla bağlı paylaşım - Foto-Video
FİFA prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının 9-cu turunda keçirilən "Sabah" – "Qarabağ" oyunu (0:0) ilə bağlı paylaşım edib.
Supersport.Az xəbər verir ki, İnfantino şəxsi instaqram hesabında Bakıdakı qarşılaşmadan məmnun olduğunu qeyd edib.
"Bu gün Bakıda Azərbaycan futbolunun necə gözəl nümayişinin şahidi olduq! “Sabah” və “Qarabağ” gərgin mübarizə şəraitində keçən oyunda xalları bölüşdülər.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Federasiyasının prezidenti Süleyman Həsən Vaberi, FİFA Şurasının üzvləri Yohanna Vud və Rodolfo Vilyalobos, həmçinin “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və digər şəxslərlə birlikdə olmaqdan məmnun oldum.
Belə möhtəşəm atmosfer yaratdıqlarına görə hər iki kluba və bütün azarkeşlərə təşəkkür edirəm. Bu, futbolun insanları necə birləşdirdiyini və sevinc bəxş etdiyini bir daha sübut etdi".